Hazırda paytaxtın Ziya Bünyadov, Azadlıq, Neftçilər və Tbilisi prospektlərində, eləcə də A.Bakıxanov və S.Vurğun küçələrində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.
Bu barədə
RePost.Az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. BNA sürücü və piyadalardan meteoroloji amilləri mütləq şəkildə nəzərə alaraq diqqətli olmalarını xahiş edir. Qeyd edək ki, hazırda Bakı Nəqliyyat Agentliyi müşahidə kameraları vasitəsi ilə paytaxtın küçə və prospektlərinə nəzarəti gücləndirib.
RePost.Az