Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.
 
Nazirlikdən RePost.Az-a bildirilib ki, 27 şagird və 1 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.
 
Daha 23 şagird və 6 işçidə koronavirus aşkarlanıb.
 
Distant təhsilə keçmiş siniflərin sayı isə 3-dür.
 
Daha 1 məktəb də distant təhsilə keçib.
 
İndiyə qədər ölkə üzrə iki məktəb, 30 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib.

Baxış sayı: 1984 | Tarix: 08.10.2020
Bizi Telegramda izləyin: @repostaz