Plastik düyü, kələm. Yaxud içindən dərman çıxan meyvələr. Son vaxtlar tez-tez bu cür xəbərlər eşitməyimiz azmış kimi, bu dəfə də portağalın içindən qurd çıxdı. Sosial şəbəkələrdə yayılan görüntülər geniş müzakirəyə səbəb olub. Alma, nar kimi meyvələrin içindən qurd çıxmağı normaldır. Amma yəqin ki, indiyə kimi heç kim, ya da çox az adam portağalın içindən qurd çıxdığını görüb. Bəs bizdə belə meyvələr satılırmı? 
 
Sosial şəbəkələrdə yayılan görüntülər geniş müzakirəyə səbəb olub. Bir çox meyvələrin içərisindən qurd çıxdığını görsək də, portağal dilimindən qurdun çıxması ilk hadisədir.
 
Dövlət Fitosanitar Nəzarəti Xidməti görüntülərlə bağlı Xəzər Xəbərə açıqlama verib. Xidmətin rəisi Camal Quliyev bildirib ki, əvvəla bu hadisə Azərbaycanda baş verməyib. Çünki görüntülərdəki qablaşdırmanın üzərinə adı yazılan "Qaleon" şirkəti Azərbaycana meyvə idxal etmir. Amma ümumilikdə əvvəllər bizdə də belə hadisə baş verib.
 
Xidmət rəisi deyir ki, portağalın qabığı qalın olsa da, meyvə milçəkləri portağal yetişəndən sonra qabığını deşərək daxilinə sürfələrini qoya bilir. Yetişən qurdların heç bir toksiki təsiri olmadığından bilmədən yedikdə orqanizmə ziyanı da olmur. Zərər sirf estetik baxımdandır.
 
Belə hallarla qarşılaşan vətəndaşlar Fitosanitar Nəzarət Xidmətinə müraciət edə bilərlər.
 
RePost.Az

Baxış sayı: 4321 | Tarix: 01.02.2017
Bizi Telegramda izləyin: @repostaz