Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1395 yeni yoluxma faktı qeydə alınıb, 605 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan RePost.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.
 
İndiyədək ümumilikdə 77083 nəfər koronavirus infeksiyasına yoluxub.Onlardan 55755 nəfər müalicə olunaraq sağalıb, 985 nəfər vəfat edib, aktiv xəstə sayı 20343 nəfərdir.
 
Ölkədə son sutka ərzində 7137, hazırkı dövrədək isə 1523221 test aparılıb.
 

Baxış sayı: 3656 | Tarix: 16.11.2020
Bizi Telegramda izləyin: @repostaz