2021-ci ildə Yeni il bayramı ilə əlaqədar qeyri-iş günləri məlum olub.
 
RePost.Az-ın məlumatına görə, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü, 1, 2 yanvar - Yeni il bayramı qeyri-iş günüdür.
 
2 yanvar şənbə gününə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən yanvarın 4-ü də qeyri-iş günü olacaq.
 
Beləliklə, Yeni il bayramı ilə əlaqədar 5 gün ardıcıl (31 dekabr, 1, 2, 3, 4 yanvar) iş olmayacaq.

Baxış sayı: 2041 | Tarix: 05.12.2020
Bizi Telegramda izləyin: @repostaz