Azərbaycanda koronavirusa qarşı vaksinasiya proqramına gələn ilin əvvəlindən başlaması planlaşdırılır.
 
RePost.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev MDB dövlət başçılarının video-konfrans formatında keçirilən sammitində çıxışında deyib.
 
Prezident peyvəndlənmənin könüllü olacağını, dövlət hesabına aparılacağını bildirib.  
 
Dövlət başçısı vaksinasiyaya dair strategiyanın hazırlandığını qeyd edib. 

Baxış sayı: 3029 | Tarix: 18.12.2020
Bizi Telegramda izləyin: @repostaz