Maska taxmaqla koronavirus pandemiyasının qarşısını almaq mümkün deyil.
 
RePost.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu fenomeni The Daily Mail-in rəyini soruşduğu alimlər izah ediblər.
 
Edinburq Universitetinin virusoloqu Pol Diqard xatırladıb ki, infeksiya hava-damcı yolu ilə yayılır. Əgər insan asqırır və ya öskürürsə, infeksiya havaya düşür. Virus hissəcikləri çox xırdadır və parçanı asanlıqla keçir. Ancaq virus iri su damcılarının içində olanda maneəni keçə bilmir.
 
Maskalar o zaman effektivdir ki, onları düzgün taxasan - yəni adamın ağzı da, burnu da örtülü olmalıdır. Bunu isə London Gigiyena və Tropik Tibb Məktəbinin professoru Cimmi Uitvort deyib. Əgər bəzi adamlar müdafiə vasitələrindən düzgün istifadə etmirlərsə, onların effektivliyini müəyyənləşdirmək çətindir.
 
"Biz maskaların hansı effekt verdiyini dəqiq bilmirik. Amma ağlımız diktə edir ki, onları taxmaq lazımdır", - professor əlavə edib.

RePost.Az

Baxış sayı: 5651 | Tarix: 27.12.2020
Bizi Telegramda izləyin: @repostaz