Yeniyetmə dönəmində uşaqların özgüvənini qorumaq və bu dönəmi psixoloji travma almadan keçirməsi çox önəmlidi.
 
RePost.Az Lent.az istinadən övladları yeniyetmə çağında olan  valideynlərə  yardım etmək üçün bəzi vacib məqamları təqdim edir:
 
Övladlarınız tərifləyin, amma...
 
Yeniyetmə dönəmində olan uşaqlarla 50 ildən çox birgə çalışmış pediatr Adele Hofmann ona müraciət edən valideynlərə övladlarını tərifləməyi məsləhət görürdü.

 
 
 
"Uşaqlarınızın doğru etdiyi nələrisə niyə tez-tez onlara demirsiniz? Övladlarınızın təkcə, uğurlarını deyil, hətta uğursuz alınan işlərinə sərf etdikləri əməyi belə dəyərləndirin, tərifləyin. Uşaqların özləri ilə qürur duymaları çox vacibdir. Özünəhörmət hissi az olan yeniyetmələr tərif eşidəndə narahat olurlar. Ona görə də övladlarınıza yerli-yersiz deyil, layiq olduğu anda əməyinə dəyər verib, tərifləyin".
 
Tənqid edərkən ehtiyatlı olun
 
Yeniyetmə çağında olan övladınızı tənqid edərkən son dərəcə ehtiyatlı olun. Onlar artıq böyük kimi görünsələr də, hələ də nələrisə sınaq-səhv yolu ilə öyrənirlər. Övladlarınıza xırda səhvlər etmək üçün şərait yaradın. Uğursuz alınan işlərdə isə  tənqidi cümlələrinizə diqqət edin.
 
Onlardan məsləhət alın
 
Gündəlik həyatınızda onların da fikirlərini soruşun. Ailə qərarları və ailə büdcəsi haqqında onlarla məsləhətləşməniz yeniyetmələrə fərqli bir özgüvən verəcək. Hətta onlar bu tip suallarınıza laqeyd cavab versələr belə,  fikirlərini öyrənməniz xoşlarına gəlir.
 
"Yox" deyərkən  iki dəfə düşünün
 
Yeniyetmə çağında olan uşaqlarınıza adət halını alaraq "yox", "olmaz" sözlərini tez-tez deməklə, onlarda özgüvən əskikliyi yaratmış olursunuz. Bəlkə də "hə", "olar" desəniz onları yenidən kəşf etmə imkanınız olacaq. Övladınıza "yox" cavabını verəndə özünüz də düşünün: Onun bu tələbi üçün doğru cavab doğrudanmı "yox", olmalı idi.
 
Könüllü fəaliyyətlərinə icazə verin
 
Ailədən kənar ortamlarda, geniş kollektivli bir qurumda könüllü çalışmasına icazə verin. Unutmayın ki, yeniyetmələr böyük ortamlarda çalışan zaman özlərini dəyərli hiss edirlər. Övladınız ona  maraqlı olan qurumda könüllü çalışarsa, gələcəkdə sosial və iş həyatında uğurlu namizəd ola bilər.

RePost.Az

Baxış sayı: 6373 | Tarix: 27.12.2020
Bizi Telegramda izləyin: @repostaz