XX əsrin əvvəllərində Honkonqda yerləşən “qalayla əhatələnmiş şəhər” ləqəbli Koulunda 2,8 hektarlıq ərazidə 50 insan yaşayıb.
 
RePost.Az xarici KİV-ə istinadla xəbər verir ki, bura eyni zamanda, dünyanın ən sıx əhali yaşayan ərazisi olub. Şəhər mafiya tərəfindən idarə olunduğundan hakimiyyətə tabe olmayıb.
 
Çinin İngiltərə işğalı dövrlərində inşa olunmuş Koulun şəhəri 50 minlik əhalisi ilə 1 kvadratmetrə ən çox insan düşən şəhər ünvanını qazanıb. Şəhər ətrafdan qala divarlarıyla əhatə olunsa da, sonralar içəriyə doğru tikilən çoxsaylı hündürmərtəbəli binalar dar küçələri zülmətə çevirir. Binalar o qədər sıx tikilir ki, gündüzlər daxili küçələri işıqlandırmaq üçün gecə işıqları yandırılır.
 
İllər keçdikcə şəhərciyin əhalisi durmadan artmağa başlayır. Ərazi olmadığı üçün insanlar küçələrin üstündə belə “daxmacıqlar” tikib yaşamağa başlayır.
 
Zaman keçdikcə, şəhər “yeraltı” dünyasının əlinə keçir. Şəhər artıq canilər yuvasına çevrilir. Şəhərdə fahişəlik, narkomaniya, qumarbazlıq, narkotik məhsulların istehsalı üçün gizli sexlər və s. sürətlə yayılmağa başlayır.
 
Bu kiçik ərazidə nə az, nə çox, düz 300 bina olub. Şəhərin küçələri o qədər dar olub ki, 2 nəfər yan-yana yürüyə bilməyib. Ona görə, binalardan binalara gizli keçidlər açılıb. Koulun öz sakinləri üçün belə təhlükəli yer hesab olunurmuş. Burada yaşayanlar belə, gecələr çölə çıxmazlarmış.
 
Deyilənə görə, buranın dolaşıq küçələrini və gizli keçidlərini sadəcə 1976-cı ildə burada poçtalyon işləmiş Lui adlı kişi tanıyırmış. Şəhərdə qanunsuzluq hökm sürdüyü üçün özünüidarə mövcud idi. Şəhər eyni zamanda, it əti ticarəti ilə məşhur olub. Bölgənin it əti əsasən, buradan tədarük olunub.
 
Daha çox insan yaşaya bilsin deyə, mənzillər çox kiçik ölçülərdə tikilib. Vəziyyət dözülməz həddə çatdığına görə, 1987-ci ildə ingilis hökuməti ilə Çin Koulun şəhərinin sökülməsi üçün razılığa gəlirlər. Buranın boşaldılması 6 ilə başa gəlir. 1993-cü ildə köçürülmə yekunlaşır və sökülmə başlanır. Söküntü işi 1994-ci ilin aprelində yekunlaşır. Hazırda burada eyniadlı park tikilir və köhnə qala divarlarının qalıqları saxlanılır.

RePost.Az

Baxış sayı: 32935 | Tarix: 21.02.2021
Bizi Telegramda izləyin: @repostaz