Mariya Qarsiya və Migel Restrepo adlı cütlük 22 ildir ki, şəhər kanalizasiyasında yaşayır.
 
RePost.Az interaztv-yə istinadən xəbər verir ki, Kolumbiyanın Medeline şəhərində yaşayan bu şəxslər bir zamanlar küçədə yaşayaraq narkotik vasitələrdən istifadə ediblər.
 
Cütlük onlara yardım edəcək, ev və maliyyə dəstəyi təqdim edə biləcək dostları və qohumları olmadığından kanalizasiya borusunu kiçik evə çevirməyə qərar verib. 
 
O zaman narkotiklərin nə qədər zərərli olduğunu tam olaraq dərk etdilər. Bununla belə Mariya və Migelin ailəsi daha da möhkəmləndi.
 
Kiçik evlərində elektrik enerjisi də mövcuddur. Cütlük tədricən özünə mətbəx də qura bilib.
 
Bleki ləqəbli iti olan cütlük həyatından tam məmnundur...
 
RePost.Az
 


Baxış sayı: 5138 | Tarix: 08.02.2017
Bizi Telegramda izləyin: @repostaz