Azərbaycanda vaksinasiya prosesi artıq bir neçə gündür başlayıb. Həm paytaxt Bakı, həm də digər şəhərlərdə insanların vaksinasiya prosesi həyata keçirilir.
 
RePost.Az xəbər verir ki, vaksin vurulan insanların bəzi qaydalara riayət etməsi mütləqdir.
 
Peyvənd vurduran şəxslər bir müddət özlərinə bəzi məhdudiyyətlər tətbiq etməlidirlər. Bunu yoluxucu xəstəliklər kafedrasının dosenti, infeksionist Sədrəddin Atakişizadə də təsdiqləyib:
 
"Hər hansı dərman preparatı və ya vaksin vurulan insanlar spirtli içkilər qəbul edirsə, onda qanda həmin dərman maddələrinin və ya vaksinin təsir effektivliyi aşağı düşür. Biz vaksinasiya olunan şəxslərə məsləhət görürük ki, bu dövrdə alkoqol qəbul etməsinlər.
 
Siqaretin də mənfi təsirləri var. Məsləhətdir ki, bunu da etməsinlər. Siqaret birbaşa vaksinin keyfiyyətini aşağı salmır. Daha çox orqanizmə mənfi təsir edir. Amma spirtli içkilər qətiyyən olmaz". 

Baxış sayı: 3542 | Tarix: 21.01.2021
Bizi Telegramda izləyin: @repostaz