 
 Azərbaycanda kommunal xərclərin artması fonunda "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin gediş haqlarının qaldıracağı ilə bağlı müzakirələr səngimək bilmir.
	RePost.Az modern.az-a istinadən xəbər verir ki, elə bunları nəzərə alaraq qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevdən müsahibə alınıb:
	 
	- Nəsimi müəllim, orta hesabla 1 gün, 1ay və 1 il ərzində Bakı metrosunda neçə sərnişin daşınır?
	 
	- Sərnişin sıxlığı mövsümdən asılı olaraq dəyişir. Yay rejimində gün ərzində təxminən 400-450 min, qış rejimində isə 700 min nəfər daşınır. İl ərzində təxminən daşınan sərnişinlərin sayı 210 milyondur.
	 
	- Hazırda 1 sərnişinin daşınma xərci nə qədərdir?
	 
	- Son rəsmi məlumata görə 1 sərnişinin daşınması üçün 54 qəpik xərc tələb olunur.
	 
	- O zaman belə çıxır ki, metropoliten 1 sərnişinin daşınmasına görə 34 qəpik ziyanla işləyir...
	 
	- Metro hər zaman ziyanla işləyib.
	 
	- Bəs bu ziyanı nə ilə kompensasiya edirsiniz?
	 
	- Ziyanla işləməyimizə baxmayaraq, hökumətin sosialyönümlü siyasətinin nəticəsi olaraq hər il metropolitenə dotasiya ayrılır.
	 
	- Rəsmi rəqəmlərə görə, metroda ən az gediş haqqı Azərbaycandadır.
	 
	- Bəli, çox ölkələrdən aşağıdır.
	 
	- Bir çox kommunal xidmət haqlarının qaldırılmasından sonra metropolitendə gediş haqlarının artırılacağı deyilir. Bilmək istəyirdik, qurumda bu barədə müzakirələr gedirmi? Qiymət dəyişikliyilə bağlı Tarif Şurasına müraciət edilibmi?
	 
	- Bildiyiniz kimi, Bakı metrosunda gediş haqqını Azərbaycan Respublikasının Tarif Şurası müəyyən edir. Təmsil etdiyim qurum tərəfindən isə qiymət dəyişikliyilə bağlı Tarif Şurasına müraciət olunmayıb.
