Sumqayıta yeni polis rəisi təyin edilib.
 
RePost.Az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər Naziri Vilayət Eyvazov əmr imzalayıb.
 
Əmrə əsasən, polis polkovniki Fəqan Azadəliyev Lənkəran rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilərək Sumqayıt şəhər Polis İdarəsinə rəis təyin edilib.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumatı APA-ya təsdiqləyib.

Baxış sayı: 4017 | Tarix: 03.02.2021
Bizi Telegramda izləyin: @repostaz