Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elmir Hüseynov vəzifəsindən azad olunub.
 
RePost.Az Report-a istinadla məlumat verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
 
Nazirin digər əmri ilə onun yerinə polis polkovnik-leytenantı Turab Paşayev təyin edilib.
 
Qeyd edək ki, T.Paşayev hüquq-mühafizə orqanları sistemində nüfuzlu və peşəkar kadr kimi tanınan, sabiq polis rəisi Şahmar Paşayevin oğludur.
 
T.Paşayev bu təyinata qədər Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi vəzifəsində çalışırdı.

Baxış sayı: 4150 | Tarix: 03.02.2021
Bizi Telegramda izləyin: @repostaz