İtkin düşən daha bir əsgərimizin nəşi tapılıb.
 
RePost.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
 
Bildirilib ki, II Qarabağ müharibəsi zamanı Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə itkin düşən 2000-ci il təvəllüdlü İsmayılov Rəcəb Nəcəf oğlunun şəhid xəbər gəlib.
 
O, doğulduğu İmişli rayonunun Əliqulular kəndinə gətirilib və dəfn edilib.
 
Qeyd edək ki, R.İsmayılov Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif edilib.


RePost.Az

Baxış sayı: 2744 | Tarix: 03.02.2021
Bizi Telegramda izləyin: @repostaz