Xalq artisti Nazpəri Dostəliyevanın müğənni bacısı Zeynəb Dostəliyeva “Elgizlə izlə” proqramına telefonla bağlanıb.
 
RePost.Az "axşam.az"a istinadən xəbər verir ki, o, bacısı oğlunun vəfatından danışıb. Bildirib ki, bayramı qeyd etmək üçün hamısı Nazpərinin evinə yığışıb:
 
“Oturmuşduq, Əlinin ürək döyüntüsü sürətlənmişdi. Dedi, ürəyim bərk döyünür. Zarafat etdim ki, bəs ürək döyünməsə, insan yaşamaz. Bayram plovu hazırlamışdıq, hamı yığılmışdı. Dedi, siz yeyin, uzanacam. Əvvəl təzyiqi qalxmışdı, ölçdük ki, o da normaldı. Getdi uzandı. Getdim ki, oyadım, gördüm keçinib. Elə yuxuda da dünyasını dəyişib. Heç təsəvvür etməzdik ki, ölə bilər”.
 
Qeyd edək ki, Əli 41 yaşında infarktdan dünyasını dəyişib. N.Dostəliyevanın Əkbər adlı daha bir oğlu var. Sənətçinin hər iki oğlu ailəlidir, onların hərəsinin iki övladı var.

 


Baxış sayı: 4359 | Tarix: 23.03.2021
Bizi Telegramda izləyin: @repostaz