Türkiyədə silahını təmizləyərkən ehtiyatsızlıq nəticəsində başından yaralanan Azərbaycan vətəndaşı Nihad Əliyev xəstəxanada vəfat edib.
RePost.Az xəbər verir ki, hadisə İstanbul şəhərində Beşiktaşda yerli vaxtla saat 23:00 radələrində baş verib.
Şahidlərin ilkin ifadəsinə görə N.Əliyev silah ilə ehtiyatsız davranması nəticəsində silah açılıb və güllə onun baş nayihəsinə girib. N.Əliyev xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı yerli hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.
Xatırladaq ki, öncə Nihad Əliyevin intihar etməsi və ya öldürülməsi barədə məlumat yayılsa da, bunun dezinformasiya olduğu bildirlir.