RePost.Az unikal.org-a istinadən xəbər verir ki, dolların ucuzlaşması idxal məhsullarının qiymətinə ciddi təsir edib. Əldə edilən məlumata görə, bu gün Azərbaycanda siqaretlərin yenidən 10-20 qəpik ucuzlaşması ilə bağlı şirkətlər tərəfindən qərar verilib.
Sözügedən saytın apardığı müşahidələrə əsasən bir sıra siqaretlər yeni qiymətlə satılır. Misalçün "Winchester"(qalın) 1.5 AZN-dən 1.8 AZN-ə qaldırılmışdırsa, hazırda bu siqaretin qiyməti 1.6 manat təşkil edir. Digət siqaretlərin də qiymətində eyni qayda ilə qismən ucuzlaşma müşahidə olunur.
RePost.Az