Covid Pasport"u olmayan şəxslər idman zallarına daxil ola bilməyəcək.
 
RePost.Az-ın məlumatına görə, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında operativ qərargahın brifinqində bildirib.
 
Prezidentin köməkçisi əlavə edib ki, covid pasportu olmayan şəxslər gələcəkdə konsertlərə və bənzər şənliklərə qatıla bilməyəcəklər.

Baxış sayı: 4017 | Tarix: 25.05.2021
Bizi Telegramda izləyin: @repostaz