Paralimpiyaçı Vüsalə Kərimova Vətən Müharibəsi veteranı Vaqif Babazadə ilə ailə həyatı qurub.
 
RePost.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
 
Cütlük 5 il əvvəl tanış olsa da, bu günlərdə evlənmək onlara nəsib olub.
 
Qeyd edək ki, Vaqif Babazadə müharibədəki qəhrəmanlıqlarına görə "Ağdamın azad olunmasına görə", "Şücaətə görə" və "Hərbi xidmətdə fərqlənməyə görə" medalları ilə təltif edilib.

Baxış sayı: 3029 | Tarix: 07.06.2021
Bizi Telegramda izləyin: @repostaz