Sosial şəbəkələrdə Bakının Qış parkında qadın və kişinin intim münasibətdə olması ilə bağlı görüntülər yayılıb. 
 
Yayılan görüntülər müzakirələrə səbəb olub. 
 
Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.
 
DİN-in mətbuat xidmətindən RePost.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, görüntülənən şəxslər artıq polis əməkdaşları tərəfindən müəyyən edilib:
 
“Araşdırma zamanı onların həmin vaxt sərxoş olduqları da məlum olub. Onlarla profilaktiki söhbət aparılıb və ciddi xəbərdarlıq edilib”.

Baxış sayı: 3162 | Tarix: 15.07.2021
Bizi Telegramda izləyin: @repostaz