Mərhum eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev evlənir.
RePost.Az xəbər verir ki, bu haqda Elçibəyin kürəkəni Aqil Səmədbəyli məlumat paylaşıb.
Onun sözlərinə görə, qaynı Ərturqut Əliyev Əbülfəz bəyin silahdaşı olmuş həmkəndlisi və qohumu Mirhadi müəllimin qızı Aytək xanımla ailə həyatı quracaq.
İyulun 22-si Naxçıvanda qız toyu, iyulun 30-da isə Bakıda oğlan toyu olacaq.
Qeyd edək ki, Elçibəyin oğlu Ərturqut Əliyev Fövqəladə Hallar Nazirliyində çalışır.
RePost.Az / Lent.az