Azərbaycanın Ermənistanla dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində təxribat törədən erməni hərbçisi yaralanıb.
RePost.Az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Hadisə iyulun 29-da səhər saatlarında baş verib.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistan atəşkəsə riayət olunması haqqında razılaşmanı yenidən kobud surətdə pozub. Azərbaycan Ordusunun gördüyü tədbirlər nəticəsində qarşı tərəf cavab atəşi ilə susdurulub.