İyulun 31-də və avqustun 1-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 640 toy şənliyinin monitorinqini həyata keçirib.
 
Daxili İşlər Nazirliyindən RePost.Az-a verilən məlumata görə, monitorinq 475 şadlıq sarayında, 165 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
 
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
 
- 185 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
 
- 1 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib;
 
- 5263 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Baxış sayı: 5461 | Tarix: 02.08.2021
Bizi Telegramda izləyin: @repostaz