Əməkdar artist Çingiz Əhmədovun övladının xeyir işi olub.
BAKU.WS xəbər verir ki, aktyorun oğlu İbrahim Çingiz aktrisa Aydan Axundzadə ilə evlənib.
Cütlüyün toy məclisi şəhər restoranlarından birində keçirilib. Onların bu şad günündə tanınmış müğənnilər və aktyorlar iştirak ediblər. Məşhurlar İbrahim və Aydanın özəl günündən fotolar və görüntülər çəkərək sosial şəbəkə hesablarında paylaşıblar. Cütlük öz toyunda mahnı da ifa edib.
Xatırladaq ki, uzun müddətdir sevgili olan Aydanla İbrahim bu ilin əvvəlində nişanlanıblar.