Füzuli istiqamətində gedən döyüşlərdə tankda yanaraq ağır yaralanan qazimiz İsgəndərov Kənan Rövşən oğlu" İrşad Telecom" tərəfindən məhkəməyə verilib.
RePost.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb.
Qazimizin sözlərinə görə hal-hazırda pensiya sənədləri təsdiqlənmədiyinə görə "İrşad Telecom"a olan kredit borcun ödəyə bilmir və bununla bağlıda "İrşad Telecom"a problemin nədən yarandığını deyib. Buna baxmayaraq qazini mağaza məhkəməyə verib.
Bununla bağlı "İrşad Telecom"dan verilən açıqlama: "Qazilərimiz əlillik haqqında sənəd təqdim etmədikləri halda bizim bununla bağlı məlumatımız olmur. Qazi müştərilərimizi mütləq əllik haqqında sənədi bizə təqdim etməlidir. Qazi müştərilərimizin diqqətinə çatdıraq ki, bu günə qədər əlillik haqqında təsdiqedici sənədləri təqdim etmədiyiniz halda kredit borcları ilə bağlı olaraq gecikmələriniz sistem tərəfindən avtomatik olaraq Hüquq şöbəsinə daxil olduğuna görə məhkəməyə yönləndirilə bilər.
Qazilərimizdən xahiş edirik ki, əgər məhkəmə bildirişi gələrsə mütləq şirkətin qaynar xətti ilə əlaqə saxlayaraq məlumat versinlər. Məlumat daxil olan kimi məhkəmə müraciətləri şirkət tərəfindən geri götürüləcək."