Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən “CheckApp” mobil tətbiqi istifadəyə verilib.
 
Dövlət Agentliyindən RePost.Az-a bildirilib ki, tətbiq Nazirlər Kabinetinin Qərarı ilə nəzərdə tutulan qurum və müəssisələrdə COVID-19 pasportlarının yoxlanılması məqsədilə yaradılıb.
 
“CheckApp” mobil tətbiqi vətəndaşların deyil, qurum və müəssisələrin icazə.e-gov.az portalı üzərindən müəyyən edilmiş səlahiyyətli şəxslərinin istifadəsi üçün nəzərdə tutulub. Tətbiq vasitəsilə aidiyyati səlahiyyətli şəxs yaşı 18-dən yuxarı olan vətəndaşın ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində, qapalı məkanda göstərilən xidmətlərdən istifadə edə bilməsi üçün onun COVİD-19 pasportunu yoxlaya biləcək. Tətbiq üzərindən vətəndaşın COVİD-19 pasportu aşağıdakı 4 sadə üsuldan biri ilə yoxlanıla bilər:
 
1. Vətəndaşın COVID-19 pasportunun QR kodunu oxutmaqla;
 
2. Vətəndaşın FİN-i və doğum ili üzrə axtarış etməklə;
 
3. Vətəndaşın şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və doğum ili üzrə axtarış etməklə;
 
4. Vətəndaşın adı, soyadı, ata adı və doğum ili üzrə axtarış etməklə.
 
Vətəndaşlar isə COVID-19 pasportlarına “myGov” elektron hökumət portalı və ya mobil tətbiqi, eləcə də “e-TƏBİB” mobil tətbiqi və ya its.gov.az portalı üzərindən qeydiyyatdan keçməklə baxa bilər, ehtiyac olduqda çıxarış əldə edə bilərlər.
 
Qeyd edək ki, yoxlama zamanı COVİD-19 pasportunu elektron şəkildə təqdim edən vətəndaşlar pasportun yeni olmasına və ən son versiyanı təqdim etdiklərinə əmin olmalıdırlar. COVİD-19 pasportunu elektron şəkildə təqdim etməyə çətinlik çəkən vətəndaşlar şəxsiyyət vəsiqəsi məlumatlarını (FİN, vəsiqənin seriya nömrəsi, ad, soyad, ata adı, doğum ili) təqdim edə bilərlər.
 
COVID-19 pasportuna baxmaq və ya əldə etmək üçün “myGov” mobil tətbiqini aşağıdakı linklərdən yükləmək mümkündür:
 
● "Android": https://play.google.com/store/apps/details?id=az.gov.my
 
● "iOS": https://apps.apple.com/az/app/mygov/id1533956540
 
COVID-19 pasportlarının yoxlanılması üçün “CheckApp” mobil tətbiqini icaze.e-gov.az portalından yükləmək və daha ətraflı təlimat videosunda tanış olmaq mümkündür:

Baxış sayı: 5005 | Tarix: 30.08.2021
Bizi Telegramda izləyin: @repostaz