Azərbaycanda yaşı 100-dən çox olan insanların sayı açıqlanıb.
Azərbaycan Milli Elmlər Akademiyası Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova Trend-ə bildirib ki, rəsmi statistik məlumatlara görə, ölkəmizdə 100 və daha çox yaşı olan 838 şəxs yaşayır.

U.Həşimova qeyd edib ki, Azərbaycanın bir sıra regionlarında yüksək uzunömürlülük indeksi qeydə alınır. İlkin rəqəmlərə görə, yüksək uzunömürlülük indeksi olan region əsasən Lənkərandır.

Onun sözlərinə görə, ənənəvi olaraq, ölkəmizin cənub-şərqindəki Talış dağları ərazisi uzunömürlülük zonası hesab edilir. Bu institutun laboratoriyasının dəlilləri ilə də təsdiqlənib.

İnstitut direktoru əlavə edib ki, uzunömürlülüyün yüksək indeksi Naxçıvan Muxtar Respublikası, Qazax və Şamaxı zonalarında da qeyd olunur:

“Lakin bunlar dəqiqləşdirilməmiş, başqa sözlə verifikasiya edilməmiş məlumatlardır və bəzi hallarda təsdiqlənməyə də bilər. Məsələn, Naxçıvan da uzunömürlülük baxımından perspektivli sayılır. Belə ki, rəsmi statistikaya əsasən, burada 50-dən çox şəxs 100 yaş həddini keçib. Lakin bu məlumatlar da dəqiqləşdirilməlidir, çünki yaşın verifikasiyası zamanı ilkin göstəricilər dəyişir. Bu çox vaxt onunla əlaqədar olur ki, 85 yaşdan yuxarı adamlarda öz yaşını “artırmaq” tendensiyası müşahidə edilir.


Baxış sayı: 3903 | Tarix: 23.02.2017
Bizi Telegramda izləyin: @repostaz