"Azadinfo.az" saytının rəhbəri Mahir Xəttab Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılıb.
 
RePost.Az-ın əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə maddəsi ilə şübhəli bilinir.
 
Baş Prokurorluğun Mətbuat xidmətindən RePost.Az-a faktı təsdiqləyiblər.
 
Qurumdan bildirilib ki, ictimaiyyətə əlavə məlumat veriləcək.
 
Xatırladaq ki, "Azadinfo.az" saytının rəhbəri Mahir Xəttab dünən axşam saatlarında saxlanılıb.
 

Baxış sayı: 4967 | Tarix: 10.09.2021
Bizi Telegramda izləyin: @repostaz