Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə görüşüb.
 
RePost.Az xəbər verir ki, bununla bağlı Hikmət Hacıyev öz "Twitter" hesabında paylaşım edib. Paylaşımda deyilir:
 
"Səfir Seyid Musəvi, bizi ziyarət etdiyiniz üçün təşəkkür edirəm. Həqiqətən də gündəliyimizdə olan ikitərəfli məsələlər üzrə səmərəli müzakirələr apardıq və gələcək perspektivləri nəzərdən keçirdik".

Baxış sayı: 5423 | Tarix: 14.09.2021
Bizi Telegramda izləyin: @repostaz