Koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçunun son durumu açıqlanıb.
	 
	"Yeni Klinika”dan BAKU.WS-ə bildirib ki, sənətçinin vəziyyəti çox kritikdir.
	 
	"Təzyiqi aşağı düşüb. Təzyiqi yüksəltmək üçün bütün mümkün vasitələrdən istifadə olunur. Vəziyyəti ağır qiymətləndirilir", - xəstəxanadan bildirilib.
	 
	Qeyd edək ki, Əməkdar artist Yaqub Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxub və "Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdirilib. Müğənni süni nəfəs aparatına qoşulub.