Tanınmış müğənni Çinarə Məlikzadənin “Dünya” mahnısının sözləri qalmaqala səbəb olub.

Kulis.az xəbər verir ki, sözlərin yazarı Şəmil Sadiq plagiatlıqda suçlanır.

Belə ki, onun bu şeiri mərhum şair Akif Səmədin “Dünya sənin nəyindi ki” şeirindən götürüldüyü iddia olunur.

Şəmil Sadiq isə iddiaları rədd edərək, ortada plagiat faktının olmadığını bildirib.

Mahnının linkini və hər iki şeiri təqdim edirik.

Xatırladaq ki, Akif Səməd 2004-cü ildə rəhmətə gedib. Onun bu şeiri şairin gənclik illərində yazılıb və xeyli məşhurlaşıb. Şeir aşıqlar tərəfindən də ifa olunur.

Yaşından otuz il qoca görünən, qurultayda bircə səs qazanan, AYB-nin  qarşısında dünyasını dəyişən məşhur şairimiz – Maraqlı faktlar

Akif Səməd
Dünya sənin nəyindi ki?

Ömrün boyu umdun küsdün,
Dünya sənin nəyindi ki?
Arxasınca asdın-kəsdin
Dünya sənin nəyindi ki?

Yan, oduna yanan deyil
Bir dərdini qanan deyil
Atan deyil, anan deyil
Dünya sənin nəyindi ki?

Dağlarda qara bax oğlan
Qəlbimdə yara bax oğlan
Ağlama qarabığ oğlan
Dünya sənin nəyindi ki?

May be an image of 1 person

Şəmil Sadiq
Dünya

Atan deyil anan deyil, sevib seni heyat versin
Ucaldarq o göylərə yıxılanda qanad versin
Gözləmə heç vəfa ondan, dünya sənin nəyindir ki?
Küsmə qardaş bu dünyadan, dünya sənin nəyindir ki?

Yollarında dərə də var, təpə də var görən bilər
Cəhənnəmi Cənnəti var deyirlər ki, ölən bilər
Əl çəkməsən inadından, dünya sənin nəyindir ki?
Küsmə qardaş bu dünyadan, dünya sənin nəyindir ki?

Bu dünyanın bazarından boş çıxsa da elin sənin
Baxıb görsən sənnən betər olub oban, elin sənin
Niyə versin dava-dərman, dünya senin neyindir ki?
Küsmə qardaş bu dünyadan, dünya senin neyindir ki?


Baxış sayı: 5556 | Tarix: 20.09.2021
Bizi Telegramda izləyin: @repostaz