Sabahdan 160 nömrəli marşrut xətti ("Koroğlu" NMM - Binə qəs. ) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.
 
RePost.Az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.
 
Məlumatda həmçinin bildirilir ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə 160 nömrəli marşrutun hərəkət sxemi üzrə aşağıda qeyd olunan ünvanlardakı "OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb:
 
Yeni Ramana 141 Sabunçu rayonu
 
Yeni Ramana 233 Sabunçu rayonu
 
Əli İsazadə küçəsi üzrə 11 ünvanda (Binə qəs.)
 
Südçülük (Binə qəs.)
 
Mehriban Qonşular küç. (Binə qəs.)
 
Nizami Abbasov 24 (Binə qəs.)

Baxış sayı: 3390 | Tarix: 21.09.2021
Bizi Telegramda izləyin: @repostaz