ETSN-nin Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb.
 
Xidmətdən RePost.Az-a bildirilb ki, sentyabrın 22-si axşamdan 23-ü gündüzədək əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, çaylarda suluğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel kecəcəyi ehtimalı var.
 
Qərb küləyi arabir 18-23 m/s-dək güclənəcək.

Baxış sayı: 3732 | Tarix: 21.09.2021
Bizi Telegramda izləyin: @repostaz