Xalq artisti Rasim Balayev ailəsi ilə düşmən tapdağından azad olunan Şuşa şəhərinə yollanıb.
 
RePost.Az xəbər verir ki, sənətkar həyat yoldaşı və iki oğlu ilə 35 il sonra İsa bulağında foto çəkdirib.
 
Sənətkar ailəvi çəkdirdiyi fotosunu 1986-cı ildə eyni məkanda lentə alınan görüntüləri ilə müqayisə edib.
 
Rasim Balayevin bu fotosu sosial şəbəkələrdə yayılaraq marağa səbəb olub.

Baxış sayı: 6050 | Tarix: 22.09.2021
Bizi Telegramda izləyin: @repostaz