Saxta COVID-19 pasportu satanlar kimi alanlar da məsuliyyətə cəlb olunacaq.
RePost.Az xəbər verir ki, bu barədə məlumatı ''Xəzər Xəbər''ə Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev deyib.
Onun sözlərinə görə, saxta COVID-19 pasportu satanla yanaşı, o sənədi alan və istifadə edən şəxs də cinayət məsuliyyəti daşıyır.
Qeyd edək ki, saxta COVID-19 pasportu alan şəxslər, indiyə qədər klinikalarda saxta COVID-19 pasportu satan tibb işçilərinin istintaqı ilə müəyyən edilir.
DİN rəsmisi deyib ki, Cinayət Məcəlləsinin 320-ci maddəsində göstərilən digər normada vurğulanır ki, saxta sənədləri bilə-bilə istifadə etmək də daha ağır cəzadır.
Bu tədbirlərin geniş miqyasda davam etdirilməsi, vətəndaşlardan bu barədə daxil olan siqnalların yoxlanılması daxili işlər orqanları ilə birlikdə Baş Prokurorluq tərəfindən davam etdirilir.
Şöbə rəisi bildirib ki, saxta COVID-19 pasportu istifadə edən şəxs digərlərini koronavirusa yoluxdurarsa və ölümünə səbəb olarsa, Cinayət Məcəlləsinin digər, yəni 139-1-ci maddəsi ilə məsuliyyətə cəlb oluna bilər.