“Bizdə büdcənin müzakirələri çox qısa keçir”.
 
RePost.Az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.
 
Deputat təklif edib ki, büdcə müzakirələrinə ayrılan vaxt uzadılsın:
 
“Burada olan deputatların hər birinin seçildiyi dairənin problemlərini səsləndirmək, bu məsələlərin büdcədə yer almasını istəyirlər".
 
S.Rüstəmxanlı eyni zamanda qiymət artımı ilə bağlı dinləmə keçirilməsini də təklif edib:
 
“Bu, əhalini ciddi narahat edir. Qiymətlərin artmasının əsası olub-olmaması ilə bağlı yığıncaq keçirməliyik”.

Baxış sayı: 4815 | Tarix: 11.10.2021
Bizi Telegramda izləyin: @repostaz