Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya işgüzar səfəri başlayıb.
 
RePost.Az xəbər verir ki, Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə işgüzar nahar edəcək, daha sonra gündəlikdəki məsələlər ətrafında fiki mübadiləsi aparılacaq.
 
Putin və Paşinyan iki ölkə arasında əlaqələrin inkişafını, 2020-ci il noyabrın 10-da və 2021-ci ilin yanvarın 11-də Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış bəyanatların icra vəziyyətini müzakirə edəcəklər.

Baxış sayı: 5214 | Tarix: 12.10.2021
Bizi Telegramda izləyin: @repostaz