Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.
 
APA-nın Moskva müxbirinin “Rossiya 24” telekanalına istinadən verdiyi məlumata görə, görüş Kremldə baş tutub.
 
Görüşün protokol hissəsində V. Putin və N. Paşinyan çıxış ediblər.
 
Rusiya Prezidenti N. Paşinyanla mütəmadi telefon danışıqları apardığını vurğulayıb: “Əlbəttə ki, şəxsi görüşlər hər zaman məhsuldar keçir. Ümid edirəm ki, bu dəfə də belə olacaq. Formal və qeyri-formal danışıqlar aparacaq, birlikdə nahar edəcək və mövcud məsələləri müzakirə edəcəyik”.
 
V. Putin Rusiya-Ermənistan əməkdaşlığına dair əsas məsələləri, eləcə də regionda vəziyyətin nizamlanması barədə fikir mübadiləsi aparacaqlarını da vurğulayıb.

Baxış sayı: 3922 | Tarix: 12.10.2021
Bizi Telegramda izləyin: @repostaz