44 günlük Vətən Müharibəsi zamanı Azərbaycan pilotsuz "An-2" təyyarələrindən Ermənistanın hava hücumundan müdafiə sistemlərinin mövqelərini aşkarlamaq üçün aktiv şəkildə istifadə edib.
 
RePost.Az xəbər verir ki, bu barədə Azərbaycan ordusunun yüksəkrütbəli hərbi qulluqçuları İTV-yə danışıblar.
 
Döyüş əməliyyatlarının gedişində Ermənistan Müdafiə Nazirliyi elə başa düşüb ki, hər gün Azərbaycan ordusunun qırıcı-bombardmançılarını vuraraq sıradan çıxarır. Lakin daha sonra üzə çıxıb ki, Ermənistanın hava hücumundan müdafiə sistemləri Azərbaycanın pilotsuz "An-2" təyyarələrini vurur və nəticədə öz mövqelərini üzə çıxarmış olub. 
 
Məhz bu unikal fənd sayəsində Azərbaycan Ordusu düşmənin hava hücumundan müdafiə sistemini məhv etməyi bacarıb.


Baxış sayı: 6563 | Tarix: 14.10.2021
Bizi Telegramda izləyin: @repostaz