Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi piyada və sürücülərə müraciət edib.
 
DYP-dən RePost.Az-a daxil olan müraciətdə deyilir:
 
"Paytaxtın Nərimanov rayonu ərazisində H.Əliyev prospektinin A.Nemətulla küçəsi ilə kəsişmə hissəsindən metronun Nəriman Nərimanov istiqamətinə olan yolun, yəni A.Nemətulla küçəsi 32 ünvanında istismara tam yararsız yarı sökülmüş vəziyyətdə olan binanın uçma təhlükəsi yaranıb.
 
Qanunvericilikdə nəzərdə tutulan sənədlər əsasında binanın tam sökülməsi nəzərə alınıb. Bu məqsədlə oktyabrın 26-da saat 21:30-dan etibarən H.Əliyev prospektindən A.Nemətulla küçəsi istiqamətinə əlavə yolda avtomobillərin və marşrut üzrə işləyən ictimai nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır və istiqaməti dəyişdirilir".
 
“Qısamüddətli söküntü işləri tam başa çatanadək hərəkətlə bağlı təhlükəsizliyi təmin etmək məqsədi ilə bütün hərəkət iştirakçılarına (piyadalara, avtomobil sürücülərinə, ictimai nəqliyyat vasitələrini idarə edən və bu nəqliyyatdan istifadə edən sərnişinlərə) müraciət edirik ki, göstərilənləri nəzərə alıb alternativ yollardan istifadə etsinlər”, - DYP-dən bildirilib.

Baxış sayı: 4872 | Tarix: 26.10.2021
Bizi Telegramda izləyin: @repostaz