Aparıcı və prodüser Tarix Əliyevlə (Tolik) müğənni Cavanşir Məmmədov arasında qalmaqal yaşanıb.
 
BAKU.WS xəbər verir ki, aparıcının "Tarixin bir günü" proqramına qonaq olan sənətçi canlı yayıma bağlanan tamaşaçılardan birinə “Biz iki ildir, toylara gedə bilmirik, bəlkə, siz bizə kömək edəsiniz” sözlərini deyib.
 
Bundan sonra Tolik əsəbiləşib. O, Cavanşir Məmmədovun absurd sözlər söylədiyini və onun kifayət qədər maddi imkanı olduğunu bildirib. Aparıcı müğənnilərin vergi ödəməməsi məsələsinə də toxunub. O, Cavanşirə "Vergi ödəsəydiniz, indi “Rolls-Royce” sürə bilməzdiniz" deyib.
 
Daha sonra sənətçi Tolikin bu sözlərinə sərt reaksiya verib:
 
““Rolls-Royce” almaq üçün mən bağ evimi satmışam. Neyləməliyik? Acından ölməliyik? Mən “Rolls-Royce” sürməliyəm. Hətta üçünü birdən sürə bilərəm. Çünki mən 50 ildir bu xalqa xidmət edirəm”.


Baxış sayı: 5841 | Tarix: 29.10.2021
Bizi Telegramda izləyin: @repostaz