"Bu, daha çox delta ştammının yayılması və vaksinasiya göstəricilərinin aşağı olması ilə əlaqələndirilir. Sərhəd qonşularımız arasında ən çox ölüm halı Rusiyada, daha çox isə Türkiyə və İranda qeydə alınıb".
 
RePost.Az xəbər verir ki, bu sözləri "Real TV"-yə açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisi Könül İsmayılova bildirib.
 
O əlavə edib ki, Azərbaycanda epidemiloji vəziyyətdə stabillik müşahidə olunur: "Bu isə ölkəmizdə vaksinasiya prosesinin sürətlə davam etməsi ilə bağlıdır".
 
TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva da ötən gün bildirib ki, vaksinasiya prosesi başlayandan etibarən bir neçə dəfə yoluxma hallarında ciddi artımlar müşahidə edilib: "Buna baxmayaraq, karantin sərtləşdirilməsinə gedilməyib. Buna səbəb ölkədə aparılan vaksinasiya prosesinin müsbət nəticə verməsidir”.


Baxış sayı: 6867 | Tarix: 22.11.2021
Bizi Telegramda izləyin: @repostaz