Müğəni Mətanət Əsədova yeni açıqlaması ilə gündəmə gəlib.
RePost.Az xəbər verir ki, "Zaurla Günaydın" verilişinə qatılan müğənni hər cür yeməyi bişirə bildiyini deyib. Bu zaman Əsədova müzakirələrə səbəb olacaq ifadə işlədib. O, həyatda bircə kişi bişirə bilmədiyini deyib:
"Həyatda bircə kişi bişirə bilmirəm. O qabiliyyətim yoxdur. Ürəyim o qədər təmizdir ki, bircə onu bişirə bilmədim. Kişilərin mədəsinə qurt düşməsin. O mədəni tapa bilmədim. Əlimdən hər yemək hazırlamaq gəlir. Aparıcılar məni efirdə camaata vəhşi kimi təqdim edirlər. Ürəyiaçıqlıq etdim. Bəzi müğənnilərə reytinq verdim, özüm isə kənarda qaldım. Aparıcılar da məndən istifadə etdilər. İnsanlar mənə yaxınlaşmağa qorxur".