Digər Xəbərlər
Dövlət Sərhəd Xidmətinin (DSX) bu gün səhər qəzaya uğramış hərbi helikopterinin qalıqları ərazidən götürülüb.
RePost.Az-ın hadisə yerində olan müxbiri xəbər verir ki, ərazidə istintaq tədbirləri də davam etdirilir. Qeyd edək ki, noyabrın 30-da DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğrayıb.
Qəza nəticəsində 14 hərbi qulluqçu həlak olub. Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıb.