"Helikopterin istehsalı haradırsa, "qara qutu" ora göndərilir. Bilirsiniz ki, "qara qutu" Kazan şəhərində helikopter istehsal olunan zavoda göndərilib. Bu tip helikopterlərdə iki "qara qutu" olur".
Bu sözləri "ARB24"də yayımlanan "Nə baş verir?" verilişində qonaq olan təhlükəsizlik üzrə ekspert İlham İsmayıl bildirib:
"Belə hadisələrdə iki faktor irəli sürülür. Qəza və təxribat versiyası səsləndirilir. Hazırda tədqiqat gedir və hiss olunur ki, bu hadisə daha çox qəzadır".