Təhsil Nazirliyinin əsas mətbu orqanı olan “Azərbaycan məktəbi” jurnalının keçmiş baş redaktoru Rahil Nəcəfovun AMEA əməkdaşlarının pulunu mənimsədiyi iddia edilir.
 
RePost.Az xəbər verir ki, bu barədə "report"a zərərçəkmişlər məlumat verib.
 
Bildirilib ki, R.Nəcəfov akademiyanın bir neçə əməkdaşını nazirlikdə işlə təmin edəcəyi, xaricdə aldıqları diplomların Azərbaycanda tanınacağı, dissertasiya işinin yazılacağı, eləcə də xarici nüfuzlu jurnallarda məqalələrinin dərc ediləcəyinə inandıraraq onlardan 3-5 min manat məbləğində pul tələb edib və əməkdaşların pulunu mənimsəyib.
 
Zərəçəkmiş şəxslər Rahil Nəcəfovun hüquqazidd əməlləri ilə bağlı polis orqanlarına şikayət ediblər.
 
Faktla bağlı araşdırma aparılır.
 
Qeyd edək ki, Rahil Nəcəfov Neftçala rayonunun Dördlər kəndində anadan olub. O, 2012 - cil ildə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda Şərq fəlsəfəsi filosoflarının irrasional görüşləri haqqında dissertasiya işi müdafiə edərək, fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsini qazanıb. 2016-2017-ci illər AMEA-nın Qafqazşünaslıq İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb. 2018-2020-ci illərdə Təhsil Nazirliyinin əsas mətbu orqanı olan “Azərbaycan məktəbi” jurnalının baş redaktoru olub.

Baxış sayı: 4891 | Tarix: 06.12.2021
Bizi Telegramda izləyin: @repostaz