Bakı şəhərində qadını küçəyə atıblar.
 
BAKU.WS xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.
 
Onun sözlərinə görə, qadını ayda bir neçə dəfə küçəyə atırlar:
 
“Bildirilib ki, qadının əlilliyi var. Hazırda o, Nərimanov rayonu, Hidayətzadə küçəsi 51 ünvanındadır. Neçə gecədir, orada gecələyir”.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Murad Həşimov “oxu.az”a açıqlamasında bildirib ki, məsələ araşdırılır.


Baxış sayı: 4834 | Tarix: 06.12.2021
Bizi Telegramda izləyin: @repostaz