"Təxminən 2,4 milyon abonentdən söhbət gedir. Əməkdaşlarımız maksimum çalışırlar ki, sıfırlanma prosesini vaxtında həyata keçirsinlər. Yanvarın 1-dən etibarən abonentlər 1200 kubmetrə qədər istehlak etdikləri mavi yanacağın hər kubmetrinə görə 12 qəpik, 2500 kubmetrə qədər 20 qəpik, 2500 kubmetri keçdikdən sonra isə 25 qəpik ödəyirlər. Yəni yanvarın 1-dən etibarən bu rəqəmlər sıfırlanacaq".
Bu sözləri “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev bildirib.
Buna baxmayaraq, o, sıfırlanma prosesinin yanvarın 1-dək yekunlaşmayacağını da istisna etməyib. Məhz bu səbəbdən qurumun mətbuat xidmətinin rəhbəri abonentlərə müraciət edib:
"Sıfırlanma prosesində problem yaşayan abonentlər 077-310-41-04 "whatsapp" nömrəsinə sayğacın üz qabığını çəkib ata bilərlər. Bayram günləri də bizim əməkdaşlarımız iş başında olacaq və bu proses ən qısa zamanda tamamlanacaq".