Koronavirusun bir neçə variantına yoluxandan sonra qrupa xas immunitetin formalaşması “Omikron” ştammından qoruya bilər.
RePost.Az "oxu.az"a istinadən xəbər verir ki, bu barədə rusiyalı virusoloqlar Aleksandr Butenko və Pyotr Çumakov bildiriblər.
“Virusun müxtəlif genotiplərinin birləşməsi insanlarda qrupa xas kütləvi immunitetin formalaşmasına səbəb olur. Söhbət müxtəlif genotiplərdən qorunmanı təmin edə bilməkdən gedir”, - deyə Butenko qeyd edib.
O izah edib ki, koronavirusun müxtəlif variantları ilə çoxsaylı təmas nəticəsində formalaşan immunitet peyvəndlərlə birlikdə COVID-19-a qarşı kollektiv müdafiəni təmin edəcək.
Çumakovun sözlərinə görə, “Omikron” ştammı mutasiyalar nəticəsində S-zülalını əhəmiyyətli dərəcədə dəyişib ki, bu da onun peyvənddən sonra əmələ gələn anticisimlərdən yan keçmək şansını artırır.
“Ancaq S-zülalından başqa viruslarda bir sıra başqa antigenlər var və insan xəstələnəndə bütün bu antigenlərə qarşı anticismlər əmələ gəlir. Ona görə də “Omikron”la qarşılaşanda o, artıq qorunur, çünki digər antigenlər işləməyə başlayır. Bu, qrupa xas immunitetdir. Və o, koronavirusda mövcud olan bütün antigenlər qrupuna aiddir”, - deyə Çumakov izah edib.